Mikayıl Cabbarov Türkiyədən gələn nazir müavini ilə görüşdü

Mikayıl Cabbarov Türkiyədən gələn nazir müavini ilə görüşdü
  30 Oktyabr 2014    Oxunub:1422
Türkiyənin milli təhsil nazirinin müavini Yusuf Təkinin başçılıq etdiyi nümayəndə heyəti 28-29 oktyabr tarixlərində Azərbaycanda səfərdə olub.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində ölkələrimiz arasında təhsil əlaqələrinin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə nəzər salınıb.

Nümayəndə heyəti təhsil naziri Mikayıl Cabbarov, təhsil nazirinin müavini Ceyhun Bayramov və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov ilə görüşüb.

Həmin görüşlərdə də Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlığın əhəmiyyəti bir daha vurğulanıb, digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də yüksək səviyyəli əlaqələrin inkişafı yolları və əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.

Y.Təkin səfər çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində SABAH qrupları çərçivəsində pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələr qarşısında da çıxış edib.

AzVision.az


Teqlər:





Xəbər lenti