Məzahir Pənahov seçkiləri izləyəcək

Məzahir Pənahov seçkiləri izləyəcək
  24 Aprel 2015    Oxunub:1392
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstana yola düşüb.
MSK-dan AzVision.az-a verilən məlumata görə, səfərdə məqsəd aprelin 26-da Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etməkdir.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulovun dəvətinə əsasən həyata keçirilən səfər çərçivəsində M.Pənahovun qazaxıstanlı həmkarı, eləcə də digər rəsmi şəxslərlə görüşləri, bütün sahələrdə əlaqələri genişlənən iki ölkənin seçki qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, MSK təmsilçiləri, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tərkibində də sözügedən seçkilərin müşahidəsində iştirak edəcəklər.


Teqlər:





Xəbər lenti