Meyvə-tərəvəz idxalı artdı

Meyvə-tərəvəz idxalı artdı
  18 Aprel 2015    Oxunub:2217
Azərbaycan meyvə-tərəvəz, kərə yağı idxalını artırıb.
AzVision.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, 2015-ci ilin ilk 3 ayı ərzində Azərbaycana 21 513.42 min dollar dəyərində meyvə-tərəvəz idxal olunub, bu da 2014-cü ilin müvafiq dövrün göstəricisindən 14 197.72 min dollar çoxdur.

2015-ci ilin 3 ayı ərzində kərə yağının idxalında yenə də artım müşahidə olunub.

DGK-nın məlumatına görə, 2015-ci ilin yanvar-mart ayları ərzində 7 662.01 min dollar dəyərində kərə yağı idxal olunmuşdusa, 2014-cü ilin müvafiq dövründə bu göstərici 5 162.07 min dollar dəyərində idi.


Teqlər:  





Xəbər lenti