Metsamor AES-in bağlanması üçün petisiya – SİZ DƏ QOŞULUN!

Metsamor AES-in bağlanması üçün petisiya – SİZ DƏ QOŞULUN!
  06 May 2016    Oxunub:3485
Azərbaycanda bir qrup blogger Metsamor AES-in bağlanması üçün aktiv kampaniya aparır.

Dünən bu kampaniya çərçivəsində feysbukda xüsusi səhifə və event, həmçinin Twitter hesabı yaradılmışdı.

Bu gün isə change.org saytında petisiya başladılıb.

Petisiyaya qoşulmaq üçün BURA daxil olmaq lazımdır. Sadəcə olaraq adınızı, e-mailinizi, yaşadığınız ölkəni və şəhəri göstərərək, “imzala” düyməsinə basmaq lazımdır. Petisiyanı imzaladığınız haqqında məlumat sizin istəyinizlə feysbuk profilnizdə də çıxa bilər.

Dostlar, siz də qoşulun, Ermənistanın dünya və region üçün təhlükəli olan Metsamor AES-in bağlanması tələbini dünyaya çatdıraq.



Qeyd edək ki, köhnəlmiş texnologiyalar əsasında inşa edilmiş Metsamor AES 11 ballıq zəlzələ riski olan seysmik zonada yerləşdiyi üçün bütün regiona ciddi təhlükədir. Stansiyanın çevrəsində beş tektonik çat mövcuddur və onlardan biri stansiyadan 500 metr məsafədə yerləşir.
Stansiyanın istifadə etdiyi nüvə materiallarının “çirkli bomba” yaratmağa çalışan terrorçuların əlinə düşə biləcəyi riski də həddindən artıq böyükdür. Bundan başqa, nüvə tullantılarını Azərbaycanın işğal altındakı ərazilərində basdırılması haqqında da əsaslı şübhələr var.
Elektrik stansiyasını istismardan çıxarmaq əvəzinə Ermənistan onu 2026-cı ilə qədər işlətməyi planlaşdırır. Bu isə o deməkdir ki, bütöv region daha 10 il ərzində təhlükə içində yaşayacaq. 2011-ci ildə Yerevan Avropa İttifaqının stansiyanın fəaliyyətinin dayandırılması ilə bağlı çağırışlarını da rədd edib.
Metsamor AES Türkiyədən cəmi 16, İrandan 60, Azərbaycan və Gürcüstan sərhədlərindən isə 120 km uzaqlıqda yerləşir.


AzVision.az


Teqlər:  





Xəbər lenti