Metroda reklamlar bərpa ediləcək

Metroda reklamlar bərpa ediləcək
  24 Aprel 2014    Oxunub:1440
Bakı Metrosunda reklam lövhələri yenidən bərpa ediləcək. Bu barədə Movqe.az-a "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətindən bildiriblər ki, hazırda metrodakı reklamların yığışdırılması prosesi davam edir: "Hətta metrostansiyalarda proyektor vasitəsilə edilən reklamlar da ləğv edilir. Metroda yenidənqurma və restovrasiya işləri başa çatdıqdan sonra yenidən metroda reklam yerləşdirmək mümkün olacaq. Amma daha müasir və metronun görünüşünə xələl gətirməyəcək formada reklamlar vurulacaq".

Mətbuat xidmətindən onu da bildirdilər ki, qatarlarda isə reklam lövhələrinin olub-olmayacağı barədə indidən bir söz demək mümkün deyil: "Hazırda metroda təmizlik, restovrasiya işləri aparılır. Bu işlər yekunlaşdıqdan sonra metroda yeni reklamların yerləşdirilməsi mümkün olacaq".



Teqlər:





Xəbər lenti