Metroda reklam qalmadı

Metroda reklam qalmadı
  18 Aprel 2014    Oxunub:1567
Metro stansiyalarında olan reklam lövhələri tamamilə götürüldü.
Aprelin 8-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov göstərişi ilə metrostansiyalarda olan reklam lövhələrinin yığışdırılacağı deyilirdi.

Məlumatda deyilirdi ki, reklam lövhələri dizayn baxımından metronun görünüşünə xələl gətirdiyi üçün sökülməsi qərara alınıb. Metropolitendən bildirilmişdi ki, reklam və afişalar yaxın günlərdə yığışdırılacaq.

Bu qərar rəsmən açıqlanmasa da, aprelin 17-də reklam lövhələrinin sökülməsi prosesi başlanııb. Bakının «İçərişəhər», «Sahil», «28 May», «Gənclik», «Nəriman Nərimanov», «Koroğlu», «Qara Qarayev», «Neftçilər» və digər metrostansiyalarında olan reklam lövhələri sökülüb. Aldığımız məlumata görə, reklam lövhələrinin sökülməsi bütün stansiyalarda eyni zamanda başlayıb.
Reklam lövhələrinin yerində başqa, daha yaxşı reklam formaları yerləşdirilib-yerləşdirilməyəcəyi barədə məlumat yoxdur.

Bəs metrostansiyalarda və vaqonlarda reklam yerləşdirmək işinə baxan şirkətin aqibəti necə olacaq?

Qeyd edək ki, bu işə “Innomark” və “Poster” reklam agentliyi baxır.



Teqlər:  





Xəbər lenti