Metroda da təhlükəsizlik gücləndirilib

Metroda da təhlükəsizlik gücləndirilib
  01 Dekabr 2015    Oxunub:2447
Bakı Metropoliteninin bütün stansiyalarında ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir. Sərnişinlər metroya daxil olarkən çox ciddi yoxlanılır.
AzVision.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Nəsimi Paşayev deyib ki, bu, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır.

`Həyata keçirilən tədbirlərin nə vaxta kimi davam edəcəyininin konkret müddəti bilinmir`.

Qeyd edək ki, sərnişinlər polis əməkdaşları tərəfindən bir-bir yoxlanılaraq metroya buraxılır. Şübhəli sərnişinlər saxlanılır, çantalarına baxış keçirilir. Kimliyindən aslı olmayaraq, çantalarda təhlükəli əşyaların olub-olmaması araşdırılır.

AzVision.az



Teqlər:





Xəbər lenti