Məşhur şirkətdən Qarabağ təxribatı - Foto

Məşhur şirkətdən Qarabağ təxribatı - Foto
  06 Oktyabr 2015    Oxunub:2018
İtaliyanın mobil telefonların bəzədilməsi üzrə ixtisaslaşmış "Caviar" şirkəti "iPhone 6s" üçün dünyanın müxtəlif ölkələrinin rəmzinə həsr edilmiş yeni kolleksiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı kobud səhvə yol verib.
AzVision.az `dailykarabakh`- a istinadən xəbər verir ki, şirkətin yeni kolleksiyası "Atlante" adlanır. Kolleksiyada bir neçə telefon modeli təqdim edilib. Telefonların hər biri müxtəlif ölkələrin - Rusiya, İtaliya, Çin, BƏƏ, Azərbaycan, Qazaxıstan və Ermənistanın rəmzləri ilə bəzədilib.

"Caviar" Ermənistan üçün kolleksiyada bu ölkənin digər rəmzləri ilə yanaşı, Azərbaycanın işğal edilmiş ərazilərində ucaldılmış abidəni separatçı Dağlıq Qarabağ rejiminin "rəmzi" kimi göstərib.

Smartfonların dizaynı eyni üslubda hazırlanıb: arxa panel qızıldan hazırlanıb və ölkələrin görməli yerləri və rəmzlərinin təsvirləri olan barelyeflərlə bəzədilib. Məsələn, İtaliyaya həsr edilmiş model Pizza qülləsi, Kolizey və Venesiya qondolyeranının rəsmləri ilə bəzədilib.


Teqlər:  





Xəbər lenti