Məşhur rejissor Bakıya gəlir

Məşhur rejissor Bakıya gəlir
  30 Mart 2015    Oxunub:1335
Martın 31-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor Nikita Mixalkov Bakıya səfərə gələcək.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, qısamüddətli səfər zamanı N. Mixalkov azərbaycanlı həmkarları ilə görüşəcək, ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparacaq.

Səfər çərçivəsində rejissorun gənc kinematoqrafçılar üçün ustad dərsi də təşkil olunacaq.

Qeyd edək ki, “Oskar” mükafatı laureatı Nikita Mixalkov “Beş gecə”, “Piano üçün yarımçıq qalmış pyes” “Oblomovun həyatından bir neçə gün”, “Şahidlərsiz”, “Qara gözlər”, “Urqa”, “Günəşdən usanmışlar”, “Sibir bərbəri”, “12”, “Günvurma” və bir çox başqa filmlərin müəllifi, Kann, Venesiya kimi kino festivallarının qalibidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti