Məşhur opera müğənnisi Qarabağa getdi

Məşhur opera müğənnisi Qarabağa getdi
  02 İyul 2015    Oxunub:2806
Məşhur opera müğənnisi Lyubov Kazarnovskaya bu günlərdə Azərbaycanın işğal altında olan torpaqlarında səfərdədir.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu Kazarnovskayanın Qarabağa ilk səfəri deyil.

Səfər çərçivəsində müğənni, pedaqoq, professor “Dağlıq Qarabağ Respublikası”, Ermənistan və Rusiyadan olan istedadlar üçün master-klasslar keçəcək

Opera müğənnisinin özü isə erməni KİV-nə müsahibəsində bəyan edib ki, dinləmələr gələcəkdə Qarabağda Opera Mərkəzinin yaradılması məqsədilə keçirilir.

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın mədəniyyət və gənclər nazirinin sözlərinə görə, müğənni Azərbaycanın qara siyahılarına baxmayaraq uzunmüddətli əməkdaşlığa hazırdır və müxtəlif tədbirlərdə iştirak etmək məqsədilə sentyabrda Qarabağa yenidən səfər etməyi planlaşdırır.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti