Məşhur müğənni orqanlarını bağışladı - “Çürüyüb gedəcək”

Məşhur müğənni orqanlarını bağışladı - “Çürüyüb gedəcək”
  29 Noyabr 2014    Oxunub:4731
Türkiyənin məşhur müğənnisi Nilufər bu gün orqanlarının bağışlanması üçün xəstəxanaya gedib və lazım olan sənədləri imzalayıb.
AzVision.az xəbər verir ki, bu barədə müğənni öz Facebook səhifəsində məlumat verib.
“Bu dünyadan köçüb gedəndə, orqanlarımız torpaqda çürüyüb gedəcək. Mən də orqan bağışlamağın müqəddəs bir vəzifə olduğunu düşünərək, xəstəxanaya getdim və orqanlarımızı bağışladım”.

Məşhur müğənni eyni zamanda hər kəsi bu addımı atmağa çağırıb: “Türkiyədə ancaq böyrək gözləyən 59 min dializ xəstəsi var və mən bunu eşidəndə çox pis oldum. Avropada 75% insan orqanlarını bağışlayırsa, Türkiyədə bu rəqəm 20%-ə yaxındır. Düşünək ki, bu hər birimizin başına gələ bilər. Hərkəsi bu müqəddəs işə səsləyirəm. Siz də bir canı xilas edə bilərsiniz”,-deyə Nilufər qeyd edib.




Teqlər:  





Xəbər lenti