Məşhur müğənni ilk dəfə Bakıda

Məşhur müğənni ilk dəfə Bakıda
  30 İyul 2014    Oxunub:1041
Sentyabrın 28-də Heydər Əliyev Sarayında Rusiyalı müğənni Yelena Vayenqa ilk dəfə Bakıda konsert verəcək.
AzərTAc xəbər verir ki, Yelena Vayenqanın konserti onun pərəstişkarları və sadəcə yaxşı musiqini sevən hər kəs üçün əsl hadisə olacaq. Müğənni öz əsərlərində xalq mətnlərindən, qədim rus romanslarından istifadə edir. O, ilk əsərini 9 yaşında yazıb. Məktəbi bitirərək Yelena Sankt-Peterburqa gedir və burada musiqi məktəbində, fortepiano sinfi üzrə təhsil alıb. On doqquz yaşında Yelena Vayenqa ilk konsertini verib.

Müğənniyə əsl populyarlığı "Bəyaz quş" albomu qazandırıb. O, gözəl repertuarı ilə hər zaman çoxsaylı dinləyicilərin rəğbətini və məhəbbətini qazanıb.


Teqlər:





Xəbər lenti