Məşhur müğənni Qalatasarayın vitse-prezidenti oldu

Məşhur müğənni  Qalatasarayın vitse-prezidenti oldu
  23 İyul 2014    Oxunub:1294
Qalatasaray klubunun İdarə Heyəti yenidən qurulmağa başlayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni qərara əsasən Qalatasaray Basketbol klubunun vitse-prezidenti Necati Demirkolu məşhur müğənni Candan Erçetin əvəz edib.

Dəyişikliyin səbəbi isə Necati Demirkolun ötən mövsüm işlətdiyi ifadə olduğu deyilir. Belə ki, o, ötən il verdiyi bəyanatda “irlandiyalılar” deyərək İdarə Heyətindəki yoldaşlarını tənqid edib.

Fatimə


Teqlər:  





Xəbər lenti