Məşhur müğənni Bakıya gəlir

Məşhur müğənni Bakıya gəlir
  16 Sentyabr 2014    Oxunub:2075
Türkiyəli müğənni Cem Adrian gələn ay bakıda konsert verəcək.
AzVision.az xəbər verir ki, “SOS Producion”ın təşkilatçılığı ilə “Şeker Prens və Tuz Kral” adlı solo konsert oktyabrın 25-də baş tutacaq.

Biletlərin qiyməti - standart 30 , gold 50 , VİP 70 AZN-dir.

Qeyd edək ki, Cem Adrian 1980-ci il noyabrın 30-da Ədirnədə doğulub. Əsl adı Cem Filizdir. 7 oktavalıq səsi var və fərqli səsinə görə "Dünyanın 8-ci möcüzəsi" hesab edilir. Oxuduğu janr - alternativ rock, caz, blues, a cappella, "new wave", elektronikadır. Musiqi həyatına 2003-cü ildən başlayıb.


Teqlər:





Xəbər lenti