Məşhur müğənni 20 min avro `çayvoy` verdi - FOTOLAR

Məşhur müğənni 20 min avro `çayvoy` verdi - FOTOLAR
  24 Avqust 2016    Oxunub:21555
Ötən həftə Fransanın kurort mərkəzində ailəsi ilə birgə istirahət edən kolumbiyalı müğənni Şakira dünya mətbuatının gündəminə gəlib.
AzVision.az İspan KİV-nə istinadən xəbər verir ki, Şakira və “Barselona”nın ulduzu Jerar Pike İbizada böyük bir malikanə icazrəyə götürüb və Argentinadan şəxsi aşpaz dəvət ediblər.



Aşpazın bişirdiyi yemək ailənin o qədər xoşuna gəlib ki, ulduz cütlük ona 20 min `çayvoy` verib.

Argentinanın “Reservoir Dogs” radio proqramının aparıcısı Nikolas Kaetano malikanədən çıxarkən aşpaza 20 min avro verərək `özünə nəsə alarsan` deyib. Aşpazın adı isə acıqlanmır.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti