Məşhur jurnalda Azərbaycan haqqında xoş sözlər

Məşhur jurnalda Azərbaycan haqqında xoş sözlər
  21 Oktyabr 2014    Oxunub:1685
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şuranın xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində “Sərhədsiz İnsan Haqları” təşkilatı Avropa İttifaqının məşhur “Parlament” jurnalında “Azərbaycandakı etnik müxtəliflik rəqəmlərlə” adlı məqalə dərc etdirib.

Məqalədə ölkəmizdə yaşayan milli azlıqlar (ləzgi, kürd, tatar, talış, yəhudi, rus, polyak və s.) haqqında ümumi məlumat verilir onların milli, sosial və siyasi hüquqlarının qorunması istiqamətində dövlət tərəfindən reallaşdırılan proqramlardan danışılır. Ölkəmizdə etnik müxtəlifliyin müsbət amil kimi təhlil olunduğu yazıda 500-dən çox məktəbdə rus dilinin, 100-dən çox məktəbdə ləzgi dilinin tədris olunduğu, 2 universitetdə yəhudi tarixi və dilinin öyrənildiyi qeyd edilir.

Məqalədə vətəndaş cəmiyyəti sahəsində dövlət siyasətini həyata keçirən başlıca qurum olan Şuranın 2008 - 2013-cü illərdə milli azlıqların mədəniyyəti və tarixi ilə bağlı layihələrə 180 min Avro məbləğində vəsait ayırdığı qeyd olunur. Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində 2004 – 2009-cu illər arasında 1,1 mln iş yerinin açılması faktı da yazıda təqdiredici fakt kimi əksini tapıb.

“Sərhədsiz İnsan Haqları” təşkilatı eyni zamanda məqalədə dövlət və azlıqlar arasında daimi dialoqun təmin ediməsi üçün ortaq platforma yaradılması, azlıqların dil və mədəniyyəti haqqında akademik araşdırmaların aparılması və digər tövsiyyələrlə də çıxış edib.

Təşkilatın hazırladığı məqalədə Avropa İttifaqına Azərbaycanda etnik xalqların dillərinin öyrənilməsi üçün tədqiqatçılara, tələbələrə və alimlərə qrant verilməsi, ölkəmizin multi-etnik müxtəlifliyinin Qafqazda sülh şəraitində yaşamağın mümkünlüyü kimi dərk və təbliğ olunması, qonşuları ilə münasibətlərin möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan hökumətinə kömək edilməsi kimi təkliflərdə verilir.

Məqalənin orijinalını buradan oxumaq olar:
https://www.theparliamentmagazine.eu/articles/magazines/issue-399-20-october-2014


Teqlər:





Xəbər lenti