Məşhur aparıcı güllələndi

Məşhur aparıcı güllələndi
  20 Aprel 2014    Oxunub:1641
Pakistanın məşhur televiziya aparıcı güllələnib.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Karaçi şəhərində ölkənin ən məşhur jurnalistlərindən və teleaparıcılarından biri olan Həmid Mirə hücum ediblər.

Polisin məlumatına görə, avtomobilin içində əyləşən Həmid Mir ə hava limanı yaxınlığından atəş açılıb. Güllələrdən 3-ü hədəfə dəyib. Həkimlərin sözlərinə görə, yaralar öldürücü deyil.

Pakistan jurnalistlər üçün dünyanın ən təhlükəli ölkələrindən biridir. Jurnalist Həmid Mir 11 sentyabr hadisələrindən sonra Usama Bin Ladendən müsahibə alan ilk jurnalistdir. Bu müsahibədən sonra jurnalist dəfələrlə hücuma məruz qalıb.

Pakistanın aparıcı siyasətçiləri, o cümlədən baş nazir Nəvaz Şərif jurnalistə edilən hücumu kəskin pisləyiblər.

Keçən ay Şərif KİV işçilərini qorumaq üçün əlindən gələni edəcəyinə söz vermişdi.



Teqlər:





Xəbər lenti