Məşhur aktyor prezidentə görə özünü arıqladır

Məşhur aktyor prezidentə görə özünü arıqladır
  01 Noyabr 2014    Oxunub:1831
Türkiyəli aktyor Orxan Kılıç kinoda prezident Rəcəb Tayyib Ərdoğanın obrazını canlandırmaq üçün 5 kiloqram arıqlayacaq.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor 2013-cü il 17 dekabrında keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatı ilə bağlı filmdə baş rolda çəkiləcək. Bunun üçün aktyor Ərdoğanın obrazını canlandırmaq üçün çəkisini atmalı olacaq.

Çəkilişlərinə 17 noyabrda baaşlanacaq “Kod Adı K.O.Z.” filmi 2015-ci il fevralın 13-də nümayiş olunacaq.

Qeyd edək ki, Orxan Kılıç “Diğer yarım” serialındakı ata rolu üçün 7 kilo kökəlmişdi.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti