Məşhur aktyor Heydər Əliyevin qaynatası rolunda

Məşhur aktyor Heydər Əliyevin qaynatası rolunda
  30 Avqust 2014    Oxunub:5172
Türkiyənin məşhur aktyoru, "Kaybolan Yıllar", "Araf Zamanı", "Serçe" və "Aynalı Tahir" kimi reytinqli seriallarından tanıdığımız Saruhan Hünel mərhum prezident Heydər Əliyevlə bağlı filmdə rol alıb.
AzVision.az xəbər verir ki, bu barədə aktoyun özü məlumat verib.

Onun sözlərinə görə, rejissor və “Space” kanalının prezidenti Vaqif Musatafayev Heydər Əliyevlə bağlı film çəkir: “Azərbaycana Vaqif Musatafayevin dəvəti ilə gəlmişəm. Azərbaycanın ulu öndəri Heydər Əliyevlə bağlı filmə çəkilirəm. Bu filmdə sayın Heydər Əliyevin qayınatası Əziz Əliyevin obrazını canlandırıram. Geniş informasiya verə bilməyəcəyəm. Amma, düşünürəm ki, maraqlı bir iş olacaq”,-deyə məşhur aktyor qeyd edib. (aktual.az)






Teqlər:  





Xəbər lenti