Meşələri zəbt edənlər cəzalandırılacaq

Meşələri zəbt edənlər cəzalandırılacaq
  06 May 2016    Oxunub:4253
Azərbaycanda meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyət sərtləşdirilir.
AzVision.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında "Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layisəsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. Təklif olunan dəyişiklik layihəsinə görə, meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə cinayət məsuliyyətinə cəlb edilən şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər.

Mövcud maddə isə belədir: meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə inzibati və cinayət məsuliyyətinə cəlb edilən şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər.

Qeyd edək ki, bu dəyişiklik Meşə Məcəlləsini İnzibati Xətalar Məcəlləsinə (İXM) uyğunlaşdırmaq məqsədi ilə edilir. belə ki, İXM-də torpaq sahəsini məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilmsəinə görə konkret cəza tədbiri müəyyən edilir. Məcəlləyə təklif edilən dəyişiklik layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti