Məscid partladı, 4 nəfər öldü

Məscid partladı, 4 nəfər öldü
  29 May 2015    Oxunub:1850
Səudiyyə Ərəbistanın şərqində yerləşən Dəmmam şəhərində şiə məscidinə hücum edilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kamikadze hücumu nəticəsində 4 nəfər həlak olub.

Partlayış nəticəsində yanğın başladığı və yaxınlıqdakı bir neçə nəqliyyat vasitəsinin zədələndiyi bildirilir.

Qeyd edək ki, ötən həftə cümə namazı zamanı baş tutan digər hücumda isə 21 nəfər ölüb, 102 nəfər yaralanıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti