Mərkəzi Bank qanvermə aksiyası keçirib

Mərkəzi Bank qanvermə aksiyası keçirib
  28 Noyabr 2014    Oxunub:1060
Mərkəzi Bankda korporativ sosial məsuliyyət siyasəti istiqamətində işlər davam etdirilir.
Bankdan AzVision.az -a verilən məlumata görə, bu çərçivədə həyata keçirilən ənənəvi tədbirlərdən biri kimi B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının mobil işçi qrupunun iştirakı ilə növbəti qanvermə aksiyası keçirilib.

Qanvermə aksiyasında könüllü iştirak edən Mərkəzi Bankın əməkdaşları əvvəlcə tibbi müayinədən keçirilib. Nəticədə 40-a yaxın əməkdaşdan qan götürülüb.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti