Mərkəzi Bank 6 milyonluq notlar buraxacaq

Mərkəzi Bank 6 milyonluq notlar buraxacaq
  28 Oktyabr 2016    Oxunub:2229
Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Mərkəzi Bankının (AMB) not emissiyasını qeydə alıb.

Bu barədə AzVision.az-a Palatadan bildiriblər.

Məlumatda qeyd olunur ki, Palata cari hesabat ilində emissiyası nəzərdə tutulan hər birinin nominal dəyəri 100 manat olan 6 mln. ədəd qısamüddətli notların emissiya prospektini 52S nömrəsi ilə dövlət qeydiyyatına alıb.

Bundan başqa, qurum AMB-nin hər birinin nominal dəyəri 100 manat olan 500 min ədəd dövlət qısamüddətli notlarının buraxılışını 50100152S nömrəsi ilə dövlət qeydiyyatına alıb.

Sözügedən notların tədavül müddəti 28 gündür.

AzVision.az


Teqlər:  





Xəbər lenti