Merkel vurulan rus təyyarəsi barədə - Vəziyyət gərginləşəcək

Merkel vurulan rus təyyarəsi barədə - Vəziyyət gərginləşəcək
  25 Noyabr 2015    Oxunub:4205
Suriyada Rusiyaya məxsus “Su-24” tipli qırıcının vurulması regionda vəziyyəti daha da gərginləşdirəcək.
AzVision.azxəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel bildirib.

“Gərginliyin yüksəlməməsi üçün çalışmalıyıq”, - deyə Merkel vurğulayıb.

Almaniya kansleri, həmçinin qeyd edib ki, ötən gün hadisə ilə bağlı Türkiyə baş naziri Əhməd Davudoğlu ilə də telefonla danışıb.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə ötən gün Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti