Merkel 5 il həbs oluna bilər

Merkel 5 il həbs oluna bilər
  10 Oktyabr 2015    Oxunub:3213
Almaniya kansleri Angela Merkeldən prokurorluğa şikayət olunub.

AzVision.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat Almaniya mətbuatında yer alıb.

Almaniya üçün Alternativ Partiya (AFD) tərəfindən Berlin prokrorluğuna edilən şikayətdə A.Merkel insan alverində ittiham olunur.

AFD tərəfindən verilən açıqlamada A.Merkellə bağlı şikayətdə cəza qanununun 96-cı maddəsi əsas göstərilərək, xaricilərin qanundankənar şəkildə ölkəyə gətirildiyinin səbəb göstərildiyi vurğulanıb.

Əgər bu ittihamlar təsdiq olunarsa, A.Merkelin 5 il müddətində azadlıqdan məhrum edilməsi və ya iri məbləğdə pul cəriməsi ödəməsi qaçılmaz ola bilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti