Mərakeş və Moldova liderləri prezidenti təbrik etdi

Mərakeş və Moldova liderləri prezidenti təbrik etdi
  26 May 2016    Oxunub:1662
Moldova prezidenti Nikolaye Timofti Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.
AzVision.az-ın məlumatına görə, N. Timoftinin məktubunda deyilir:

“Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə Moldova Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi və hərarətli təbriklərimi çatdırmaqdan şərəf və xüsusi məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının bütün sahələrdə, xüsusən sosial və iqtisadi sferalarda qazandığı sanballı uğurları vurğulayaraq, bildirmək istəyirəm ki, bu nailiyyətlər dövlətinizin prioritet vəzifələri həyata keçirməyə istiqamətlənmiş məqsədyönlü siyasəti sayəsində mümkün olub.

Əminəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında dialoqun inkişafı, habelə mövcud qarşılıqlı hörmət gələcəkdə də ölkələrimizin və xalqlarımızın ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığının möhkəmlənməsi işinə əhəmiyyətli töhfələr verəcək. Zati-aliləri, bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə yeni uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm”.

Bundan başqa İ. Əliyevi Mərakeş kralı VI Mohammed də təbrik edib.

AzVision.az


Teqlər:





Xəbər lenti