Mer Kəlbəcərdə minaya düşdü

Mer Kəlbəcərdə minaya düşdü
  22 İyul 2014    Oxunub:693
Ermənistanın qərbində yerləşən Armavir şəhərinin meri Ruben Xlqatyanın avtomobili Qarabağda minaya düşüb.
AzVision.az “İnterfax”-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində mer xəsarət alıb, onun sürücüsü isə ölüb.

Hadisə Kəlbəcər rayonu ərazisində baş verib. Belə ki, şəhər merinin olduğu UAZ markalı avtomobil minalanmaış ərazidən keçərkən partlayıb.

Xlqatyanla yanaşı partlayış nəticəsində daha iki nəfər yaralanıb. “Dağlıq Qarabağ”ın səhiyyə naziri Arutyan Kuşkyanın sözlərinə görə,yaralılar helikopterlərlə Yerevana göndərilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti