Mənim İLK seçimim

Mənim İLK seçimim
  29 Yanvar 2015    Oxunub:3836
Hər zaman telefonumu smartfon ilə əvəz etməyi düşünürdüm. Lakin bugünkü gün münasib qiymətə Android sistemli smartfon almaq çətin məsələdir. Bakcell-in “İLK” smartfonları sayəsində mən də nəhayət ki münasib qiymətə smartfona sahib oldum.
Bu smartfonla tanışlığım heç də təsadüfi olmadı. Yaxın bir dostumun məsləhəti ilə, “İLK” smartfonları ilə maraqlandım. Düzü belə ucuz bir qiymətə bu qədər xüsusiyyətə malik mobil cihaz alacağıma inanmırdım. Lakin, “Bakcell”in ən yaxın dilerinə yaxınlaşıb, real qiyməti görəndə, düşünmədən “İLK” smartfonunu aldım.

“İLK” smartfonu nədir? Azərbaycanın ilk mobil operatoru olan “Bakcell”-in 79 AZN-ə təklif etdiyi bu unikal məhsulda inanılmaz funksiyalar var. “İLK” smartfonları oktyabr ayında alıcılara təqdim olunub. Ötən il isə Bakcell şirkəti yerli bazarda ilk dəfə özünün brend smartfonunu təqdim edib. Bu il isə “Alov” smartfonundan sonra, Bakcell-in təqdim etdiyi üçüncü uğurlu mobil cihazdır.

“İLK” smartfonları 4.3 Android versiyasındadır. Bu mobil cihaz 4 düym sensor ekrana malikdir. 1.2 GHz prosessora sahib bu smartfonlar, 4 nüvəlidir. 5 MP parlaq işıqlı kameraya sahib bu cihazla mən dostlarımla şəkil çəkdim və daha sonra sosial şəbəkələrdə paylaşdığım şəkil böyük marağa səbəb oldu. Hər kəs bu şəkilin hansı telefonla çəkildiyini rəy olaraq məndən soruşdu. Çəkdiyi şəkillər daha bahalı smartfonlardan elə də geri qalmırdı. Ön kameraya da sahib “İLK” smartfonu ilə “Retrica” ilə çəkdiyim şəkillər də, digər yüksək xüsusiyyətli Android əməliyyat sistemli mobil cihazlardan fərqlənmir. “İLK” smartfonları RAM 512 + ROM 4GB yaddaşa və uzun ömürlü batareyaya sahibdir.

Dayanmadan bir gün ərzində davamlı olaraq istifadə etməyimə rəğmən, smartfonun batareyasında yetərincə enerji qalmışdı. 4 nüvəli prossesor vasitəsi ilə tutulma olmadan, smartfonum davamlı olaraq işləyir. “İLK” smartonum eləcə də HSPA/WCDMA şəbəkəsini dəstəkləyir.

“İLK” smartfonlarını alanlar 6 ay ərzində bonus şəklində hər ay 1GB internet alırlar. “ İLK” smartfonlarına 1 il zəmanət təqdim olunur. İnternet bonusunu almaq üçün smartfonun IMEI kodunu SMS-lə 5810 nömrəsinə göndərmək yetərlidir.

Bir neçə ay öncə çıxmasına baxmayaraq, “İLK” smartfonları artıq yetərincə populyarlıq qazanıb. İnsanlarda bu telefon xeyli maraq doğurub. Qiymətin belə münasib olması isə hər kəsin smartfon sahibi olmasına şərait yaradır. 3 ay kimi qısa zaman ərzində xeyli sayda “İLK” smartfonları satılıb. Buna səbəb “İLK”in çox ucuz qiymətə Android sistemli smartfon olmasıdır.

Sizin də 79 AZN-ə ilk smartofonunuz “İLK” olsun.

Anar Kəlbiyev



Teqlər:





Xəbər lenti