Məmurun evindəki oğurluqla bağlı yeni faktlar

Məmurun evindəki oğurluqla bağlı yeni faktlar
  26 May 2016    Oxunub:5149
Yerli mətbuatda yayılan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Neftçala rayon Sosial Müdafiə Mərkəzinin sektor müdiri Elnur Bağırovun yaşadığı mənzildən oğurluq olub.
Mayın 23-də Elnur Bağırovun ailəsi ilə birlikdə toyda olmasından istifadə edən oğru (yaxud oğrular) onun evinin pəncərəsindən mənzilinə daxil olaraq 23 min manat pulunu oğurlayıblar.

Hazırda oğurluğu törətmiş şəxsin və ya şəxslərin aşkar olunaraq istintaqa cəlb edilməsi istiqamətində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən intensiv əməliyyat tədbirləri həyata keçirilir.

Oğurluq faktını Neftçala rayon Sosial Müdafiə Mərkəzindən AzVision.az-a təsdiqləyiblər.

Bildirilib ki, Elnur Bağırovun mənzilindən xəbərdə qeyd olunduğu kimi 23 min manat deyil, bir qədər az məbləğdə pul oğurlanıb.

“Elnur müəllim hazırda məzuniyyətdədir. Onun evindən 23 min manatdan aşağı məbləğdə pul oğurlanıb. Pul təkcə Elnur müəllimə məxsus olmayıb. Onun atası və qardaşı da rayonda yüksək vəzifələrdə çalışırlar. Oğurlanan pul Elnur müəllim, atası və qardaşına məxsusdur. Mətbuatda göstərilən məbləğ həddindən artıqdır. Hadisə zamanı evdə heç kim olmayıb. Hazırda oğruların müəyyən olunması istiqamətində rayon hüquq mühafizə orqanları tərəfindən axtarış aparılır”-deyə idarənin işçisi qeyd edib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti