Məmmədyarov türkmən həmkarı ilə görüşüb

Məmmədyarov türkmən həmkarı ilə görüşüb
  29 Yanvar 2015    Oxunub:1746
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

Görüş zamanı tərəflər Azərbaycanla Türkmənistan arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndiriblər.

Tərəflər Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini xüsusi vurğulayıblar. Görüş zamanı siyasi, iqtisadi-ticarət, enerji, nəqliyyat, təhsil, mədəniyyət və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək birinci Avropa Oyunları, Türkmənistanda keçiriləcək “Aziada-2017” idman tədbirlərinin əhəmiyyəti qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti