Məmmədyarov prezidentlə görüşdü

Məmmədyarov prezidentlə görüşdü
  16 Sentyabr 2014    Oxunub:1193
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyaya rəsmi səfəri çərçivəsində prezident Trayan Basesku ilə görüşüb.

XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüş zamanı Elmar Məmmədyarov Azərbaycan prezidenti lham Əliyevin salamlarını Rumıniya prezidentinə çatdırıb.

Görüş əsnasında iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluq ifadə olunaraq, enerji, iqtisadiyyat, sərmayələrin qoyuluşu və mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib.


Teqlər:





Xəbər lenti