Məmmədyarov maltalı həmkarı ilə görüşüb
Azərbaycan-Ermənistan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov Azərbaycan və Ermənistan arasında qoşunların təmas xəttində yaranan son gərginlik, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və azərbaycanlı mülki əhalini ağır silahlardan hədəfə alması barədə maltalı həmkarına geniş məlumat verdi. Nazir əlavə etdi ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalı və hərtərəfli siyasi proses başlanmalıdır.
Tərəflər iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində “Azərbaycan Respublikasının hökuməti və Malta Respublikasının hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”, “Azərbaycan Respublikası hökuməti ilə Malta Respublikası hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikasının Xarici işlər nazirliyi ilə Malta Respublikasının Xarici işlər nazirliyi arasında ikitərəfli məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nu imzaladılar.
Görüşdə qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparıldı.
AzVision.az
Teqlər: