Məmmədyarov bu gün Nalbandyanla görüşür

Məmmədyarov bu gün Nalbandyanla görüşür
  22 İyul 2014    Oxunub:825
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Eduard Nalbandyanla görüşəcək.

AzVision.az xəbər verir ki, bu barədə amerikalı həmsədr öz “Twitter” səhifəsində yazıb.

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşərək Dağlıq Qarabağ münaqişəsində sülh nail olunmasını müzakirə etmək üçün indicə Brüsselə çatdım. Biz münaqişənin danışıqlar yolu ilə həllinə nail olmağa çalışırıq” – deyə, Uorlik yazıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti