Məmmədyarov baş katiblə görüşdü

Məmmədyarov baş katiblə görüşdü
  17 Aprel 2014    Oxunub:944
Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Xəlil Akıncını qəbul edib.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, habelə təşkilata üzv dövlətlər arasında əməkdaşlıq məsələləri və təşkilat tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlər haqda fikir mübadiləsi aparılıb.

Həmçinin görüş zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının digər beynəlxalq təşkilatlarla əməkdaşlığı da müzakirə olunub.


Teqlər:  





Xəbər lenti