Məmmədyarov Yaqlandla Qarabağı müzakirə etdi

Məmmədyarov Yaqlandla Qarabağı müzakirə etdi
  02 Oktyabr 2014    Oxunub:1178
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının baş katibi Torbyorn Yaqlandla görüş keçirib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar nazir Elmar Məmmədyarovun Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında iştirakı çərçivəsində baş tutub.

Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində davam edən danışıqlar, Azərbaycanla Avropa Şurası arasında qarşılıqlı əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivləri, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi, Azərbaycanla Avropa Şurası arasında 2014-2016-cı illər üzrə Fəaliyyət Planının icrası, eləcə də regionda və dünyada baş verən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti