Məmmədyarov Türkmənistan prezidentilə görüşüb

Məmmədyarov Türkmənistan prezidentilə görüşüb
  29 Yanvar 2015    Oxunub:1544
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin 29 yanvar tarixində Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

AzVision.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanla Türkmənistan arasındakı münasibətlərin cari səviyyəsinin məmnunluq doğurduğunu deyən nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırdı.

Qurbanqulu Berdiməhəmmədov salamlarının və ən xoş arzularının Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

Görüş zamanı Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb.

Görüş zamanı iki ölkə arasında iqtisadi, ticarət, elm, təhsil eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.


Teqlər:  





Xəbər lenti