Məmmədyarov Nalbandyanla eyni tədbirdə

Məmmədyarov Nalbandyanla eyni tədbirdə
  04 May 2016    Oxunub:2376
Praqada Vışeqrad qrupu (Polşa, Çexiya, Slovakiya, Macarıstan) və Şərq Tərəfdaşlığı (Azərbaycan, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan) ölkələrinin xarici işlər nazirlərinin görüşü başlayıb.
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbandyan iştirak edir.
Görüş zamanı mövcud əməkdaşlıq və Şərq Tərəfdaşlığı proqramının perspektivləri, eləcə də bir sıra aktual regional məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, Aİ-nin altı şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənən "Şərq tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. Bu təşəbbüs Polşa və İsveç tərəfindən irəli sürülüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti