Məmmədyarov NATO-nun tədbirinə gedir

Məmmədyarov NATO-nun tədbirinə gedir
  30 Noyabr 2015    Oxunub:1537
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, E. Məmmədyarov tədbir çərçivəsində NATO-nun Əfqanıstana dair “Qətiyyətli dəstək” missiyasının xarici işlər nazirlərinin toplantısına qatılacaq.

NATO baş katibi Yens Stoltenberqin rəhbərlik edəcəyi iclas dekabr 1-2-də NATO-nun Brüsseldəki mənzil qərargahında baş tutacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti