Məmmədyarov Layçakla görüşüb

Məmmədyarov Layçakla görüşüb
  27 Yanvar 2015    Oxunub:1541
Nazir Elmar Məmmədyarov Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində Slovakiya Respublikası Baş Nazirinin müavini, Xarici və Avropa İşləri Naziri cənab Miroslav Layçak ilə görüşüb.
XİN-dən AzVision.az -a daxil olan məlumata görə, Miroslav Layçak iki dost ölkə arasında münasibətlərin intensiv və praqmatik xətt üzrə inkişaf etdiyini qeyd edərək, iqtisadiyyat, enerji, kənd-təsərrüfatı və turizm sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb.

Miroslav Layçak Nazir Elmar Məmmədyarovu bu ilin may ayında Bratislavada keçiriləcək Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin birgə iclasında iştirak etməyə dəvət edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti