Məmmədyarov Küveytdə həmkarları ilə görüşüb

Məmmədyarov Küveytdə həmkarları ilə görüşüb
  27 May 2015    Oxunub:1333
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Küveytdə keçirilən xarici işlər nazirləri Şurasının 42-ci toplantısı çərçivəsində bir sıra görüşlər keçirib.
XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, E. Məmmədyarov Türkmənistanın xarici işlər naziri Rəşid Meredov, Qırğız Respublikasının xarici işlər naziri Yerlan Abdıldayev və Qazaxıstan xarici işlər nazirinin müavini Askar Musinovla görüşüb.

Görüşlər zamanı ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı, iqtisadi əlaqələrin inkişaf perspektivləri barəsində fikir mübadiləsi aparılıb, İƏT də daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub. Regional və beynəlxalq məsələlər də müzakirə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti