Məmmədyarov Alper Coşqunla vidalaşdı

Məmmədyarov Alper Coşqunla vidalaşdı
  30 İyun 2016    Oxunub:1533
Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Alper Coşqunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf etdiyi vurğulandı.

Elmar Məmmədyarov 28 iyun 2016-cı il tarixində İstanbulun Atatürk hava limanında törədilmiş qanlı terror aktı ilə əlaqədar həmkarı Mevlüt Çavuşoğluna dərin hüznlə başsağlığı məktubu göndərdiyini qeyd edərək, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi.

Səfir Alper Coşqun diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

Nazir Elmar Məmmədyarov səfir Alper Çoşquna iki ölkə arasında əlaqlərin inkişafına verdiyi töhfəsinə görə minnətdarlığını ifadə etdi və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzu etdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti