Məmmədyarov AŞPA-da hesabat verəcək

Məmmədyarov AŞPA-da hesabat verəcək
  18 Sentyabr 2014    Oxunub:1109
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası çərçivəsində Xarici İşlər Nazirləri Şurası adından çıxış edəcək.
AzVision.az-ın xəbərinə görə, bu barədə Trend Assambleyanın rəsmi saytına istinadən məlumat verir.

E.Məmmədyarov Şuranın son fəaliyyəti ilə bağlı hesabat verəcək və parlamentarilərin suallarını cavablandıracaq.

Məlumata əsasən, AŞ PA qarşıdakı payız sessiyasında Ukraynadakı mövcud böhranı və neonasizmə qarşı fəaliyyəti yenidən müzakirə etməyi planlaşdırır. Bununla yanaşı, AŞ PA-ya sessiya çərçivəsində "İslam Dövləti" qruplaşması tərəfdən təhdid məsələsini, habelə xristian və digər dini icmaların nümayəndələrinə qarşı zorakılıq problemini nəzərdən keçirmək təklifi daxil olub. Həmin mövzular üzrə yekun qərar hələ qəbul edilməyib.

Sessiya çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə mövcud vəziyyət üzrə debatlar təşkil etmək, həmçinin Gürcüstan və Albaniya üzrə monitorinq məruzələrini dinləmək planlaşdırılır.
Qeyd edək ki, AŞ PA-nın payız sessiyası sentyabrın 29-dan oktyabrın 3-dək davam edəcək.


Teqlər:





Xəbər lenti