Məmmədyarov və Çavuşoğlu Xocalı ilə bağlı beynəlxalq konfransda

Məmmədyarov və Çavuşoğlu Xocalı ilə bağlı beynəlxalq konfransda
  21 Fevral 2017    Oxunub:1539
Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəyə işgüzar səfərə yola düşüb.
Bu barədə XİN-dən AzVision.az-a daxiol olan məlumatda bildirilir.

Məlumata əsasən xarici işlər naziri Elmar Məmmədyarov 22 fevral 2017-ci il tarixində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) və Ahmet Yasevi Universitetinin təşkilatçılığı ilə Ankara şəhərində keçiriləcək “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə yola düşüb.

Konfransın açılış panelində Türk Şurasının Baş katibi Ramil Həsənov, Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu, eləcə də Türkiyə Baş nazirinin köməkçisi Toğrul Türkeşin çıxışı nəzərdə tutulub. Səfər əsnasında nazir Elmar Məmmədyarovun həmçinin ikitərəfli görüşləri də planlaşdırılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti