Məmmədyarov Moskvaya getdi - Lavrovla görüşəcək

Məmmədyarov Moskvaya getdi - Lavrovla görüşəcək
  24 Yanvar 2017    Oxunub:3274
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfərə yola düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisinin sözlərinə görə, səfər tarixi Rusiya tərəfi ilə əvvəlcədən razılaşdırılıb

H.Hacıyev qeyd edib ki, Moskvaya səfər çərçivəsində E.Məmmədyarov Rusiya xarici işlər naziri Serqey Lavrov ilə görüşəcək.

Görüşdə prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılmış danışıqlar əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, bundan əvvəl Ermənistan xarici işlər naziri 19 yanvar tarixində Moskvada səfərdə olub və S.Lavrovla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini müzakirə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti