Məmmədov partlayışda dünyasını dəyişdi - FOTO

Məmmədov partlayışda dünyasını dəyişdi - FOTO
  27 İyul 2016    Oxunub:5141
Xəbər verdiyimiz kimi ötən gün saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər dünyasını dəyişib.
AzVision.az-ın məlumatına görə, dünyasını dəyişənlərdən biri Ağamir Məmmədovdur.

Onun fotosu sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti