Məmmədov Türkiyədə arvadını öldürdü

Məmmədov Türkiyədə arvadını öldürdü
  06 May 2016    Oxunub:1924
Türkiyədə həmyerlimiz həyat yoldaşını amansızlıqla qətlə yetirib.
AzVision.az xəbər verir ki, hadisə Üsküdar vilayətində qeydə alınıb.

Bir müddətdir problemlər yaşayan ailə gecə saatlarında mübahisə etməyə başlayıblar. Mübahisənin sonu isə qanla bitib.

Azərbaycan əsilli Bayram Məmmədov həyat yoldaşı Əsmər Quliyevanı 2 azyaşlı uşağının gözünün qarşısında öldürüb.

Qonşuların şikayəti əsasında evə gələn polis Bayram Məmmədovu həbs edib. 8 və 10 yaşlarındakı iki azyaşlı isə pedaqoqa təhvil verilib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti