Məmməd Arifin yubileyi ilə bağlı Sərəncam

Məmməd Arifin yubileyi ilə bağlı  Sərəncam
  15 Aprel 2014    Oxunub:908
Azərbaycan Prezidenti İlham Əliyev akademik Məmməd Arifin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az sərəncamda qeyd olunur ki, akademik Məmməd Arifin Azərbaycan ədəbiyyatının inkişafı sahəsində diqqətəlayiq xidmətlərini nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, akademik Məmməd Arifin 110 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
2014-cü ilin iyun ayında görkəmli Azərbaycan ədəbiyyatşünası və tənqidçisi, tanınmış pedaqoq və ictimai xadim, respublika Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Məmməd Arifin (Məmməd Arif Məhərrəm oğlu Dadaşzadənin) anadan olmasının 110 illiyi tamam olur.

Məmməd Arif XX əsr Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidinin formalaşdırılması və inkişaf etdirilməsində böyük rol oynayıb. Milli ədəbiyyat tarixinin yaradılmasında yaxından iştirak edən alim respublikada yüksək ixtisaslı elmi kadrların hazırlanması işinə töhfələrini əsirgəməyib.


Teqlər:





Xəbər lenti