Məktəblərdə dini dərslər keçirilə bilər

Məktəblərdə dini dərslər keçirilə bilər
  16 Sentyabr 2014    Oxunub:1579
Azərbaycanda orta məktəblərdə dini dərslər tədris oluna bilər
AzVision.az xəbər verir ki, o, bu barədə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, hazırda məktəblərdə müxtəlif dərsliklərin içərisində tarix və ədəbiyyat dərsliklərində şagirdlərin dini biliklərinin artırılması üçün materiallar var: “Amma gələcəkdə bu sahəyə cavabdeh mütəxəssislərin, təhsil işçilərinin və din xadimlərinin iştirakı ilə müzakirələr aparılaraq, orta məktəblərdə dini dərslər kurs formasında tədris oluna bilər. Hələlik belə bir ideya var. Amma mənim təşəbbüsüm deyil”.

Komitə sədrinin sözlərinə görə, tarix dərsliklərində dini biliklərin artırılması istiqamətində də təkliflər var: “Dini maarifləndirməyə ehtiyac var ki, kimlərsə bu sahədə bilgilərin zəif olmasından sui-istifadə etməsin”.

Fatimə Kərimli
AzVision.az



Teqlər:  





Xəbər lenti