Məktəblərdə dezinfeksiya aparılıb

Məktəblərdə dezinfeksiya aparılıb
  13 Fevral 2016    Oxunub:2732
“Donuz qripi” xəstəliyinə qarşı profilaktik tədbirlərin aparılması məqsədilə Bakı, Sumqayıt, Mingəçevir, Gəncə şəhərləri və Abşeron rayonundakı məktəbəqədər və ümumtəhsil müəssisələrində dezinfeksiya işlərinin həyata keçirilməsi başa çatdırılıb.

Bunu virtualaz.org saytına Bakı Şəhər Dezinfeksiya Stansiyasının mütəxəssisi Kamalə Cəfərova bildirib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin əmrinə müvafiq olaraq, Bakı, Sumqayıt, Mingəçevir, Gəncə şəhərləri və Abşeron rayonunda 466 bağça, 536 orta məktəb dezinfeksiya edilib.

Bakıda bağça və ümumtəhsil müəssisələrindən əlavə olaraq, qalan 76 tədris müəssisəsinin - 21 lisey, 14 internat, 2 gimnaziya, 6 təhsil kompleksi, 8 peşə məktəbi, 15 kollec, 10 ali məktəbin də dezinfeksiyası yekunlaşıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə bildirib ki, Sumqayıt, Mingəçevir, Gəncə şəhərləri və Abşeron rayonundakı orta məktəb və bağçaların dezinfeksiyası başa çatdırılsa da, digər tədris müəssisələrinin - lisey, gimnaziya, internat, ali məktəblər və yaradıcılıq evlərinin dezinfeksiyası hələ davam etdirilir. Bu şəhərlərdə dezinfeksiya tədbirlərinə yanvarın 23-dən başlanılıb və fevralın 15-də başa çatdırılacaq.

Qeyud edək ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanda indiyədək qriplə əlaqədar götürülən heç bir nümunədə H1N1 virusu aşkarlanmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti