Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?
  06 Fevral 2016    Oxunub:11812
Bəhruz Səlimxanov
Sumqayıt şəhər 9 N-li tam orta məktəbin direktoru

Azərbaycan Respublikasının Təhsil haqqında Qanununda deyilir ki, Təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra sturukturlarının, təhsil alanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir.

Məktəb direktoru ilk növbədə müəllimdir, tərbiyəçidir.

Direktor məktəbin pedoqoji kollektivinə rəhbərlik edir, kadrların düzgün seçilməsini və yerləşdirilməsini təmin edir, işçilərin ideya –nəzəri səviyyəsinin və ixtisasının yükəldilməsi üçün lazımi şərait yaradır, tədrisin ideya-siyasi istiqamətinə, şagirdlərinin biliyinin keyfiyyətinə və davranışına, sinifdənxaric və məktəbdənkənar işin məzmununa və təşkilinə nəzrət edir. Məktəbdə bilavasitə tədris prosesinin təşkilinə aid olan bu funksiyalarla yanaşı direktorun üzərinə bir sıra mürəkkəb vəzifələr düşür.

Məktəbdə işin müxtəlifliyi, mürəkkəbliyi və vacibliyi məktəb direktorundan yüksək təşkilatçılıq, hadisələrin gedişini görmək və daha çox nailiyyətlər əldə etmək üçün məktəbdə gedən bütün proseslərə operativ müdaxilə etməyi tələb edir. Təcrübə göstərir ki, məktəb direktoru bunlara çox vaxt nail ola bilmir. Bunun əsas səbəblərindən biri əməyin lazımi şəkildə təşkil olunmamasıdır.

Təcrübə göstərir ki, məktəb direktorunda aşağıdakı keyfiyyətlər qabarıq şəkildə üzə çıxmalıdır:
- geniş dünyagörüşünə malik olması;
- həssaslıq,insani keyfiyyətlər, insanlara qarşı diqqət və qayğı, məhəbbət və onları başa düşmək qabiliyyəti olmalı;
- nəzəri və praktik biliyi artırmağa fikir verməli;
- işə vicdanla yanaşmalı, sistematik olaraq işfən ayrılmamalı;
- təsərrüfat məsələlərini həll etmək bacarığı olmalı;
- öz əməyini düzgün təşkil etməli, əsas qlobal məsələləri daim nəzərdə tutmalı;
- proqram materialları həcmində bütün tədris planında olan fənlər haqqında müəyyən biliyi olmalı;
- yeni,qabaqcıl təcrübəyə, müsbət münasibətə,təcrübəni ümumiləşdirmək bacarığına malik olmalı;
- ədalətli,prinsipial ,məktəbdə və ictimaiyyət arasında yüksək nüfuza malik olmalı.

Məktəb direktoru pedoqoji kollektivdə yaxşı müəllim kimi tanınmalıdır ki,onun müəllimlərdən yüksək səviyyəli iş tələb etməyə mənəvi haqqı olsun.

Bundan əlavə, məktəbdə gedən bütün proseslər üçün vaxtını səmərəli şəkildə bölüşdürməlidir.

(İstifadə olunan ədəbiyyat : `Müasir məktəb direktoru və onun işinin təşkili`)


Teqlər:





Xəbər lenti